Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2024 , 20:16

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Şirvan şəhərinin nümayəndə heyəti Türkiyənin Manisa şəhərində rəsmi səfərdə olub.

Numayəndə heyətinə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva,  Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və  digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin Manisa şəhər valisi ilə görüş baş tutub.

Səfərdə məqsəd Manisada keçirilən Beynəlxalq Mesir Macunu Festivalında iştirak etməkdir.

Səfər çərçivəsində keçirilən görüşlərdə qardaş ölkələr arasında dostluq münasibərləri  dərin tarixi köklərə malik olduğu vurğulanıb.

Görüşlərdə qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Qeyd edək ki,  ötən ilin sentyabrın 8-də Şirvan şəhəri ilə Türkiyənin Manisa şəhəri arasında dostluq və qardaşlıq haqqında protokol imzalanıb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər